İranın bəzi şəhərlərində benzinin qiymətinin qalxmasına görə aksiyalar keçirilib.
FED.az xəbər verir ki, Ahvaz, Hürremşehr, Bircend, Məşhəd, Geçsaran, Sircan, Bəndər Abbas, İsfahan və Şiraz şəhərlərində xalq küçələrə çıxıb.
Eləcə də bax:İranda inflyasiya - 42 FAİZƏ DÜŞÜB
Nümayişçilər avtomobil sahiblərini avtomobillərdən istifadə etməmək aksiyasına çağırarkən İsfahan və Kirman əyalətinə bağlı Sircan şəhərində yanacaqdoldurma məntəqəsi yandırılıb.
Bundan sonra Tehran şəhəri başda olmaqla bəzi şəhərlərdə mühafizə orqanları yanacaqdoldurma məntəqələrində mühafizə etməyə başlayıb.
Məşhəd şəhərində isə mühafizə orqanları nümayişçilərə müdaxilə edib və aksiyanın qarşısını alıb.
İran prezidenti Hasan Ruhani qiymət artımı ilə bağlı verdiyi açıqlamada 4 ildir benzinin qiymətlərində artım olmadığını vurğulayaraq, artımın xalqın mənfəəti yönündə olduğunu və qiymət artımını aztəminatlı vətəndaşlara yardım məqsədi ilə edildiyini bildirirb. Prezident bildirib ki, iqtisadi böhrana baxmayaraq hökumət qiymət artımından qazanc əldə etmək fikrində deyil və artımdan əldə edilən gəlirləri 60 milyon insan arasında bölünəcək.
İrsan Milli Neft Məhsulları Paylama Şirkətinin daha öncə etdiyi açıqlamaya görə dövlət tərəfindən subsidiya edilən benzinin litrini aylıq 60 litrə qədəri 1000 tüməndən 1500 tümənə artırılmışdır. Avtomobil sayına bir ay ərzində 60 litrdən çox benzin alındığı halda benzinin qiyməti 3000 tümənə artırılıb.
Qeyd edək ki, İranda 1 manata 6500-6600 tümənə dəyişdirilir. Bu hesabla benzinin güzəştli (yəni 60 litrədək) qiyməti 15 qəpik, adi qiyməti (3000 tümən) isə 46-47 qəpikdir.