ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu dəfə İranın 8 nəfər yüksəkvəzifəli şəxsinin adı sanksiyalar siyahısına əlavə olunub.
Eləcə də bax: İran ABŞ-la barışıq üçün - ŞƏRT QOYDU
FED.az xəbər verir ki, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Əli Şəmxaniyə qarşı da sanksiya tətbiq edilib. Bundan başqa, İranın 13 metallurgiya və 2 alüminium istehsalı ilə məşğul olan şirkətləri qadağalara məruz qalıb. İranın Çində fəaliyyət göstərən iki şirkətinə və 1 yük daşıyan gəmisinə də sanksiya şamil edilib.
Azərtac