Birləşmiş Ştatlar bazar günündən etibarən əvvəllər Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılmış geniş miqyaslı sanksiyaları bərpa edib.
FED.az RİA "Novosti"yə istinadən xəbər verir ki, sövdələşməyə əsasən, sanksiyaların geri qaytarılması mexanizmi İran tərəfidən yalnız razılaşmaları pozacağı təqdirdə nəzərdə tutulmasına və bunun baş verməməsinə baxmayaraq, ABŞ bunu birtərəfli qaydada elan edib.
Çoxtərəfli sazişin heç bir tərəfi bu qərarı dəstəkləməyib.