“İran iyunun 5-dən etibarən uranın zənginləşdirilməsi üzrə potensialını artırmağa başlaması prosesi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırmaq niyyətindədir”.
FED.az İSNA-ya istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının təmsilçisi Behruz Kamalvəndi bildirib.
Onun sözlərinə görə, həm o birləşmələrin istehsal gücü, həm də onlara uyğun olaraq sentrafuqların sayı artırılacaq.
Bu arada Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerinin mətbuat xidmətinin təmsilçisi jurnalistlərə İranın uranın zənginləşdirilməsi ilə bağlı məlumatı araşdırdıqlarını bildirib: “Biz nüvə proqarmı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına əməl edirik. Hələlik Tehran da ona sadiqdir”.