Banner

Digər

“İran xahiş etsə yardım edərəm”

“İran xahiş etsə yardım edərəm” | FED.az
08:22 20 Aprel 2020

ABŞ süni ağciyər ventilyasiya aparatlarının təmin edilməsi də daxil olmaqla, COVID-19-un yayılmasına qarşı mübarizədə İrana kömək etməyə hazırdır.

Eləcə də bax: İran 15 ildə ilk dəfə Dünya Bankına - MÜRACİƏT EDİB

FED.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

“İranın koronavirusla mübarizədə köməyə ehtiyacı varsa, istəsələr, xahiş etsələr bir şey etməyə hazır olardım. Ağciyər ventilyasiya aparatlarına ehtiyacları varsa, indi əlimizdə minlərlə aparatlar var, həmçinin istehsal prosesində olan cihazlarımız da mövcuddur. Şübhəsiz ki, kömək etməyə hazır olardıq” deyə, Vaşinqton administrasiyasının rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl İran ABŞ-ın tibbi yardım təklifini rədd etmişdi. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın təklifinə Tehranın ehtiyacı olmadığını bildirib.

Report

Digər xəbərlər

Banner