İran ABŞ-ın sanksiyaları səbəbindən bloklanan xarici hesablardakı bəzi aktivlərinə çıxışı bərpa edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Hökumət fəal diplomatiyası nəticəsində İranın valyuta ehtiyatlarının bir hissəsini müxtəlif ölkələrdə buraxmağa nail olub. Bu səylər davam edir”, – məlumatda deyilir.
Qeyd edilir ki, dondurulmamış aktivlərin məbləği Londonun 1974-cü ildə Beynəlxalq Hərbi Xidmətlər ilə İran arasında bağlanmış müqaviləyə görə bu yaxınlarda Tehrana ödədiyi 470 milyon avrodan bir neçə dəfə çoxdur.
Şirkət İrana 1 000-dən çox tank çatdırmalı idi, lakin 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra Böyük Britaniya müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib.