İranda internetin bərpası ölkədə sabitlik bərqərar olunduqdan sonra mümkun olacaq.
FED.az xəbər verir ki, bunu hökumətin rəsmi nümayəndəsi Əli Rabii bildirib.
Eləcə də bax: İranda benzinin bahalaşması - ARANI QARIŞDIRDI – ETİRAZLAR BAŞLAYIB
“İnternet bölgələrdə sabit mühitin yaranmasından sonra qoşulacaq”, - deyə məmur qeyd edib.
Daha əvvəl o cərşənbə axşamı internetin bərpa olunaçağını bildirib. Lakin ölkədə qlobal şəbəkəyə giriş hələ də məhduddur: istifadəçilər yalnız “.ir” və nadir hallarda “.com” domenindən yararlana bilər ki, bu da əsasən İranın xəbər agentliklərinin saytlarına aiddir.
İnternetə girişin məhdudlaşdırılması haqqında qərar ötən cümə İranın Ali Məclisi tərəfindən qəbul edilib və ölkədəki etiraz aksiyaları ilə bağlıdır.
Oxu