İran dövlət televiziyasının yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Ordusunun ABŞ-ın İraqdakı hava bazalarını raket ilə vurması nəticəsində 80 nəfər amerikalı həlak olub.
FED.az xəbər verir ki, İran, "ABŞ cavab verərsə, vurmaq üçün 100 hədəf müəyyən etmişik" açıqlamasını da edib.
Eləcə də bax: İran XİN: İranın özünü müdafiə etmək - HÜQUQU VAR
Xəbər verdiyimiz kimi, bu gecə İran İnqilab Keşikçiləri Ordusu, ABŞ-ın İraqdakı "Ayn el-Esad" hava bazasını raketlər ilə vurub.
Pentaqondan verilən açıqlamada, "el-Esad" və "Erbil" bazalarına 12-dən çox balistik raket ilə hücum təşkil edildiyi bildirilib.
İran dövlət televiziyası "General Qasım Süleymaninin və yoldaşlarının intiqamı üçün ilk cavab verildi" məlumatını yayıb.
Marja