Martın sonuna kimi İranda elektrik motosikletlərlə bağlı layihə icra olunacaq.
Eləcə də bax: Azərbaycana Türkiyə istehsalı olan avtomobillər - GƏTİRİLƏ BİLƏR - FOTO
FED.az "Trend"-ə istinadən xəbər verir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian Həmədanda jurnalistlərə açıqlamasında deyib.
R.Ərdəkanianın sözlərinə görə, bu layihə ətraf mühitin çirklənməsini azaldacaq.
O, əlavə edib ki, istehsalçı şirkətlərlə əməkdaşlıq üzrə layihə hazırlanıb və Energetika Nazirliyi bu cür motosikletlərə elektrikin verilməsi üçün stansiyalar yaradacaq.
Qeyd edək ki, İranda təxminən 12 milyon ədəd motosiklet var. Onun 2 milyona yaxını Tehrandadır. İran hökuməti Tehranda hava çirkliliyinin azaldılması ilə əlaqədar bir sıra layihələri nəzərdən keçirir.