BMT Təhlükəsizlik Şurası qanunsuz fəaliyyətlərinə və təhdidlərinə görə ABŞ-ı məsuliyyətə cəlb etməlidir.
FED.az xəbər verir ki, bu sözlər İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançinin təşkilatın baş katibi Antonio Quterreşə məktubunda yer alıb.
İran nümayəndəsi Təhlükəsizlik Şurasını ABŞ-ın “azğın siyasətini” və qanunsuz təhdidlərini qınamağa, həmçinin ABŞ-ı beynəlxalq hüququn prinsiplərinə tabe olmağa məcbur etməyə çağırıb.