İran Azərbaycandakı səfirini dəyişməyə hazırlaşır.
FED.az xəbər verir ki, bu barədə İranın «Tasnim» agentliyi məlumat yayıb.
Məlumata görə, yaxın vaxtlarda İranın Azərbaycandakı səfiri Abbas Musəvini Moctabi Demirçi Lu əvəz edəcək. İndiyədək Demirçi Lu İranın Qazaxıstandakı səfiri işləyib.
Musavi isə İranın Azərbaycandakı səfiri vəzifəsinə 3 il əvvəl təyin edilmişdi.