İranın BMT yanında daimi nümayəndəsi Məcid Taxt-Ravançi Tehranın ABŞ-a qarşı yeni hərbi əməliyyatlar keçirib-keçirməyəcəyi barədə danışıb.
Eləcə də bax: “ABŞ sülhə hazırdır” - TRAMP İRANA ÇAĞIRIŞ ETDİ
FED.az xəbər verir ki, Məcid Taxt-Ravançinin sözlərinə görə, İranın bütün əməliyyatları İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı Qasım Süleymaninin öldürülməsinə proporsioanal idi və onlar yekunlaşıb.
“Əgər ABŞ daha İrana qarşı hərbi əməliyyatlar keçirməyəcəksə, biz də belə əməliyyatlara əl atmayacağıq”, - Taxt-Ravançi əlavə edib.
Qafqazinfo