İqtisadiyyat Nazirliyindən Fed.az-a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində taksi fəaliyyəti üçün lisenziyanın tələb olunması barədə yanlış məlumatlar yayılır.
Nazirliyin məlumatında qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Fərmanına və “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.
Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli Qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən “Fərqlənmə nişanı” almalıdırlar.