Cambridge-də mənzillənən kompüter aliminin metodu iPhone-un yaddaş çipini klonlaşdıraraq, parolları tapmaq üçün cəhd limitini aradan qaldırır. Bu kəşf isə Federal Təhqiqat Bürosunun (FTB) bu metodun işləməyəcəyi barədə iddiasına ziddiyətlidir. FTB bu iddiani, San Bernardino hücumunu həyatə keçirən Syed Rizwan Farookun iPhone-una daxil olmağa cəhd edərkən etmişdi.
Keçən ilin dekabr ayında polis atəşi nəticəsində öldürdükdən öncə, Farook və onun yoldaşı California şəhərində 14 nəfəri öldürmüşdü. FTB Farookun iPhone 5C cihazının içində onun ortaqları barədə məlumat olduğunu güman edirdi, lakin təhlükəsizlik sistemi telefona asan girişin qarşısını aldı.
FTB Apple şirkətindən proqram təminatı vasitəsilə telefona "arxa qapı girişi" yaratması üçün təzyiq etsə də şirkət imtina etmişdi. Beləliklə telefondan məlumat əldə etmək üçün Büro, fərdi təhlükəsizlik şirkətinə 1 milyon dollar ödəyib. İndi isə, Cambridge universitetinin kompüter labaratoriyasında işləyən Dr Sergey Skoroboqatov, iPhone 5C parollarını keçmək üçün dörd ay ərzində xüsusi test qurğusu yaradıb.
YouTube-da paylaşılan videoda, Dr Skoroboqatov iPhone 5C-nin yaddaş çipini necə çıxardığını göstərir. Sonra isə o, yaddaş sisteminin telefonla necə rabitə yaratdığını həll edərək, çipin klonlarını yaratmaq qabiliyyətini əldə etdi. İstifadə edilən telefon dəyişdirilərək, yaddaş çipi xariçi qurğuya yerləşdirilir. Xarici qurğuya orijinal çipi və onun surətlərini asanlıqla taxıb çıxarmaq olur. Videoda, Dr Skoroboqatov iPhone 5C-ni dəfələrə səhv şifrə yığaraq qapatdığını nümayiş etdirir. Sonra isə o, yaddaş çipini çıxarıb yerinə parol tapma cəhdləri sıfırlaşmış yeni klonlanmış çip taxır. Bununla o, hədsiz parol yığma cəhdinə malik olur.
Dr Skoroboqatov deyir ki, dörd rəqəmli parolu tapmaq təxminən 40 saat çəkir, altı rəqəmli parolu tapmaq isə yüzlərlə saat çəkə bilər. Alimin sözlərinə görə, bundan bir az mürəkkəb sistemlə iPhone 6 kimi daha yeni modellər daxil olmaqla başqa iPhoneların yaddaş çiplərini klonlamaq olar. Amma yeni telefonların yaddaş saxlama üsulları barədə daha çox məlumat lazımdır.Onun sözlərinə görə, fərqli üsullar, yaddaş çipləri "analiz etmə və kopyalamağı daha da çətinləşdirə" bilər. Araşdırmadan məlum olur ki, iPhone parollarını sadəcə 100 dollar dəyəri olan elektron komponentlərlə qırmaq olar.
bbc©