Apple əməkdaşı jurnalistlərə yeni Apple smartfonu üzərində gedən işlər barədə təfərrüatları danışdı. Güman edilir ki, onu iPhone 8 adlandıracaqlar.
Apple əməkdaşı qeyd etdi ki, yeni smartfon iPhone 6s və iPhone 7-dən fərqlənəcəkdir. Xatırladaq ki, həmin iki smartfon əvvəlki iPhone modellərinə bənzədiklərinə gör böyük tənqidə məruz qalmışdı. Apple aralıq iPhone 7s modelindən imtina etməyi planlaşdırır və əvəzində birbaşa iPhone 8 modelini yaratmağı nəzərdə tutur.
Hazırda şirkətin İsrail ofisinin əməkdaşları sözügedən qadjetin radikal redidizaynını yaradırlar və buna görə də ona iPhone 8 adını qoymağı planlaşdırırlar. Ələlxüsus, mühəndislər displey ətrafındakı çərçivələrdən uzaq olmağı planlaşdırırlar. Bu barədə Business İnsider məlumat verir.
Yeni Apple smartfonu 2017-ci ildə buraxılacaqdır və tamamilə şüşədən hazırlanacaqdır. Barmaq izləri datçiki, dinamikalar və ön kamera displeyə montaj olunacaqdır.
Apple şirkətinin İsrail ofisində (Tel-Əviv mərkəzindən şimala təxminən 15 kilometr məsafədə yerləşir) təxminən 800 nəfər insan çalışır. 2015-ci ildə şirkətin rəhbəri bu ofisi ölçüsünə görə Apple şirkətinin dünyadakı ikinci ən böyük araşdırmalar və layihələr mərkəzi adlandırmışdı. Öz həmkarından fərqli olaraq, ofisin digər əməkdaşları şirkətin korporativ sirlərini yaymaqdan imtina etdi, mühafizəçi isə jurnalistləri binadan qovdu.
Xatırladaq ki, sentyabrın əvvəlində Apple yeni iPhone 7 və iPhone 7 Plus modellərini təqdim etmişdi. Bu telefonlar şüşə və alümindən ibarət yuvarlaq korpusa malik idi, onlarda həmçinin yenilənmiş Home düyməsi və Taptic Engine mexanizmi var idi.