Əfqanıstanda baş verən dəyişikliklər, Talibanın hakimiyyətə gəlməsi, ölkənin idarəçiliyinin dəyişməsini və ümumiyytlə dövlət quruluşunun dəyişəcəyi ilə bağlı bəyanatları siyasətçilərlə yanaşı, dünya biznesi də diqqətlə izləyir.
Eləcə də bax: Taliblərin gəlir mənbəyi - Açıqlanıb
FED.az xəbər verir ki, bütün dünyanın burada baş verənləri həyacanla izlədiyi və Talibanın gəlişinə etiraz etdiyi bir vaxtda, nə qədər qəribə olsa da, bəzi investorlar baş verənlərin Əfqanıstanın iqtisadiyyatına faydalı olacağını bildirir. Bəzi biznes məsləhətçilər və investorlar hesab edir ki, Taliban sabitlik yarada bilsə, ölkəyə investisiya axını başlaya bilər.
Bu «Bloomberg»in apardığı araşdırmada məlum olub. «Kuwait Investment Company Pvt»nin tədqiqatlar şöbəsinin rəhbəri Samiulla Tarik bildirir ki, Əfqanıstan iqtisadiyyatının və əfqan valyutasının gələcəyi pul-kredit və vergi siyasətindən asılı olacaq.
«Bir məsələ aydındır: Əfqanıstanda sabitlik başlasa, Pakistan bundan iqtisadi və diplomatik üstünlük əldə edəcək».
«InTouch Capital Markets Ltd»nin baş valyuta analitiki Petr Matıs bildirir ki, Əfqanıstanda baş verən dramatik hadisələr qarşıdakı dövrdə sakitləşəcək: «Əfqanıstanın aktivləri bəzi, riski sevən investorlar üçün cəlbedici ola bilər. Onlar hesab edirlər ki, Əfqanıstan gələcəkdə daha sabit ölkə ola bilər». Ekspert bildirir ki, Əfqanıstana Çin də maraq göstərə bilər və ölkə Çinin «Bir kəmər, bir yol» layihəsindən də faydalana bilər.
O ki qaldı Talibanın diktaturasına, ekspert bildirir ki, investorlar üçün əsas məsələ demokratiya deyil, sabitlikdir: «Beynəlxalq investorlar üçün demokratiya - heç də həmişə əsas məsələ olmur. İnvestorlar ilk növbədə siyasətdə sabitliyi və pronozlaşdırıla bilən davranışı istçyirlər. Hətta bu avtoritar rejimlər tərəfindən təmni edilsə də».
«KASB Securities Pvt»nin idarəçi direktoru Aah Soomro isə bildirir ki, Əfqanıstanda vəziyyət pisləşsə, o cümlədən əfqan valyutası zəifləsə, bunun Pakistana da mənfi təsiri olacaq. «Əgər varlı əfqanlar dollar almaq üçün Pakistana cumsalar Pakistan rupisinə də təzyiq başlaya bilər».
«Renaissance Capital»ın baş iqtisadçısı Çarlz Robertson bildirir ki, Əfqanıstandakı hadisələrə görə vaxtilə Pakistan kağızlarını satanlar indi peşman ola bilərlər: «Bazar (yəni birjadakı investorlavr) Pakistan avroistiqrazlarını və şirkətlərin səhmlərini satırdı, amma məncə əks proses baş verəcək».
«AKD Securities Ltd»nin analitikləri Cexanzaib Zəfər və Həmzə Kamal isə bildirir ki, Taliblərin hakimiyyətə gəlməsi o qədər də pis hal deyil - Əfqanıstanda sabitlik dövrü başlayacaq.
«Regiondakı iri iqtisadi güclü ölkələr – Çin, İran və Pakistan həmişə nümayiş etdiriblər ki, Əfqanıstandakı yeni qurumla işləməyə hazırdırlar. Bu ölkələrin iqtisadi güclərinin inteqrasiya olunması və birgə işləməsi regiona sülh və sabitlik gətirə bilər.
«Kabilin çökməsi və Taliblərin əlinə keçməsi əvvəl gözlənildiyi qədər də pis hal deyil»-deyə ekspert bildirib.