İngiltərənin ən zəngin 6 milyarderinin ümumi sərvəti 39,5 milyard funt sterlinqdir və bu məbləğ ölkənin ən az gəlirli 13,2 milyonluq əhalinin ümumi sərvətinə bərabərdir.
FED.az “Equality Trust”-ın araşdımasına əsasən xəbər verir ki, “Hinduja” qrupunun sahibi olan Gopichand və Srichand Hindujai qardaşları 12,8 milyard funt sterlinq sərvətlə İngiltərənin ən zəngin iş adamlarıdırlar.
Eləcə də bax: Avropanın bu ölkəsində müsəlmanların sayı - İKİ DƏFƏ ARTIB
Kimyəvi maddələr istehsal edən “Ineos” adlı şirkətin sahibi Sir Jim Ratcliffe 9,2 milyard funt sterlinq, şirkətin fond meneceri Micael Platt isə 6,1 milyard funt sterlinq sərvətə sahibdir.
“Reuben Brothers” daşınmaz əmlak şirkətinin sahibləri olan David və Simon Reubenin qardaşları ümumilikdə 11,4 milyard funt sterlinq dəyərində sərvətə sahibdirlər.
“Equality Trust”-ın araşdırmasında İngiltərədə 14 milyon nəfərin yoxsul olduğu və onların 4 milyon nəfərinin aclıqla mübarizə apardığı açıqlanıb.
“Equality Trust”-ın baş meneceri Wandan Wyporska deyir ki, «Ölkənin ən varlıları ilə ən kasıblarının arasında fərqin bu qədər böyük olmağı təhlükəlidir. Bir neçə nəfərin əlində bu qədər pulun olmağı iqtisadi sistemdə nə qədər problemin olduğunu göstərir» deyib.
Wandan Wyporska “İngiltərədə bərabərsizliyin əsas səbəbi Ferrarilər və ərzaq banklarıdır. İşləyən ailələr uşaqları üçün yaxşı bir gələcək qura bilmirlər. Varlılar daha uzunömürlü olurlar, uşaqları daha yaxşı təhsil alırlar. Aclıq yeni il ərəfəsində yaşanan acı gerçəklikdir» deyə əlavə edib.