Yaxın həftə ərzində bir çox ölkələrdə fəaliyyət göstərən taksi sifarişi xidməti olan Uber mobil tətbiqi vasitəsilə sürücüsüz taksilər sifariş etmək mümkün olacaqdır. Bu sürücüsüz xidmət ilk olaraq amerika Pittsburqu sayılan Pensilvaniya ştatında buraxılacaqdır. Bu barədə Bloomberg Businessweek agentliyinə Uber şirkətinin rəhbəri Trevis Kalanik məlumat vermişdir.
İlkin mərhələdə maşının içində sürücünün olması nəzərdə tutulub, çünki əgər idarəetmə ilə bağlı hər hansı bir zərurət yaranarsa, sürücü bu müdaxiləni edərək nəqliyyat vasitəsinin idarəsini öz əlinə ala bilər.
Qeyd edək ki, pilotsuz avtomobilin istifadəyə verilməsi ideyasını Uber şirkəti ilk dəfə iki il bundan əvvəl vermişdir.
Uber nümayəndəsi BBC-yə bildirmişdir: "Artıq bu ayın sonunda Uber öz müştərilərinə Pitsburqun mərkəzində pilotsuz avtomobildən istifadə etmək imkanı yaradacaqdır. Bu, heç bir avtomobil və ya texnologiya şirkətinin indiyə qədər atmağa cəsarət etmədiyi inqilabi addım olacaqdır. Belə pilotsuz maşınları müştərilər adi yolla Uber tətbiqi vasitəsilə sifariş edə bilərlər. Sifarişdən dərhal sonra onlara ilk ən yaxın pilotsuz avtomobili göndərəcəklər. İlk zamanlar belə gedişlər pulsuz olacaqdır.”
Uber nümayəndəsi həmçinin qeyd etdi ki, Volvo artıq Uberə XC90 modeli SUV idman avtomobillərinin bir neçəsini göndərmişdir və onlar sınaq versiya olaraq istifadə ediləcəkdir. Volvonun məlumatına istinadən onların sayı ilin sonunadək 100-ə çatacaqdır.
Əvvəllər pilotsuz eksperimental gedişlərdə Uber Ford Fusion-ın modifikasiya olunmuş modellərindən istifadə etmişdi.
Qeyd edək ki, indi bir neçə iri şirkət öz şəxsi pilotsuz avtomobil versiyalarını işləyib hazırlayır. Xüsusilə də Google şirkəti Lexus ilə, LG isə Mercedes-Benz ilə birgə əməkdaşlıq edərək belə layihələr üzərində işləyir. Bununla yanaş bütün layihələr hələ də sınaq mərhələsindədir.
Fikrimizcə, bu addım Google üçün həyəcan siqnalı olacaqdır, çünki şirkət bu sahədə böyük işlər görmüşdür, lakin kommersiya istifadəsi ilə bağlı hələ də heç bir addım atmamışdır. Qeyd edək ki, İlon Maskın Teslası ilə olduğu kimi eynən bu vəziyyətdə də pilotsuz avtomobillər barədə ideya heç də rəğbətlə qarşılanmamış və çoxlu tənqidə, eləcə də mənfi rəylərə məruz qalmışdır.
Bu ideya həmçinin Uberin öz avtonəqliyyat proqramına qoyduğu investisiyaların gözəl nümunəsidir. Eyni zamanda 10 milyard dollardan artıq investisiya yığa bilən şirkət sözügedən layihənin inkişafı üçünçox böyük maliyyə gücünə malikdir.
Bütün bunlar göstərir ki, Uberin yeni təşəbbüsü cəlbedici bir marketinq taktikasıdır və şirkətin nəqliyyatın gələcəyi ilə bağlı apardığı təbliğat prosesidir. Yaxın illərdə bu, insanların daşınması üzrə ən bahalı üsullardan birinə çevriləcəkdir.
Qeyd edək ki, bu pilotsuz avtomobil ideyasının meydana gəlməsi Uberin Otto adlı şirkəti əldə etməsindən sonra meydana çıxdı. Otto strtapı Google əməkdaşları tərəfindən sürücüsüz yük maşınlarının işlənib hazırlanması əsasında qurulmuşdu.
Mənbə: bbc.com