“InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində oktyabrın 21-22-də II “Bakı Elektron Ticarət Forumu” (BEF-2019) təşkil olunacaq.
FED.az AZƏRTAC-a istinadən xəbər verir ki, forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edəcəklər. Tədbir çərçivəsində elektron ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar keçiriləcək.
İki gün davam edəcək forumda e-ticarət sahəsində liderlər, tanınmış e-ticarət və onlayn ödəniş platformalarının mütəxəssisləri, ekspertlər bir araya gələcək və bu istiqamətdə son trendlər, müsbət təcrübələr müzakirə olunacaq.