Banner

Digər

İçərişəhərdə partlayış olub - 7 NƏFƏR XƏSARƏT ALIB - YENİLƏNİB

İçərişəhərdə partlayış olub - 7 NƏFƏR XƏSARƏT ALIB - YENİLƏNİB | FED.az
17:57 7 Fev 2020

             İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidmətinin İ.Əfəndiyev küçəsi, 10 ünvanında baş vermiş partlayışla əlaqədar məlumat yayıb.

İdarədən verilən məlumatda bildirilir: “Bu gün axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məhsul şəxsləri hadisə yerinə gəlib hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar. Hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.

Hazırda bütün proseslər nəzarət altında saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.

Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına hal-hazırda təhlükə yoxdur”.

                                                ***                                                                              

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

FED.az  xəbər verir ki, partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.

Eləcə də bax: “Bəzi yerləri - QƏSDƏN YANDIRIRLAR”

Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.

Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: "Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar".

@Report.az

Digər xəbərlər

Banner