Digər

İcazəni alan yalnız özü istifadə edə biləcək - QANUN DƏYİŞDİ

İcazəni alan yalnız özü istifadə edə biləcək - QANUN DƏYİŞDİ | FED.az
08:19 18 Sen 2019

Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib.

FED.az xəbər verir ki, bununla bağlı “Yerin təki haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi (icazəni alan) icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz.

Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Report

Digər xəbərlər