İranın raketi İsrailin Beer Şeva bölgəsinə düşüb.
İsrail İranda iri nüvə obyekti yerləşən ərazini bombalayıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, “Microsoft” korporasiyasının regional ofisinin yaxınlığında partlayış baş verib. Bildirilir ki, binaya ciddi ziyan dəyib, partlayış dalğası bütün pəncərələri uçurub, zərbə yerində yanğın başlayıb. Ən azı 18 nəfər yaralanıb.
İranın İsrail Müdafiə Qüvvələrinin şəhər yaxınlığında yerləşən Nevatim hərbi bazasını hədəf aldığı güman edilir.
***
Xəsarət alanların sayı 35-ə çatıb.