İran Yaxın Şərq ölkələrindəki bankları və maliyyə qurumlarını öz legitim hədəfləri elan edib.
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu bəyanatla İranın Birləşmiş Hərbi Komandanlığı çıxış edib.
Məlumata görə, qərar İsrail-ABŞ hava zərbələri nəticəsində Tehranda bank əməkdaşı ilə bağlı insidentinin fonunda qəbul edilib. Zərbələr ABŞ və İsraillə əlaqəli maliyyə qurumlarına və banklara endiriləcək.
"Bu qeyri-qanuni və qeyri-ənənəvi müharibə aktı ilə düşmən bizə zərbələr endirmək üçün yaşıl işıq yandırıb", - bəyanatda deyilir.
Hərbçilər öz bəyanatlarında həmçinin mülki əhalini bu cür qurumların bir kilometr radiusunda olmamağa çağırıblar. (Report)











