İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından qanunsuz keçməyə çalışan iki gəmini vurduğunu açıqlayıb.
FED.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri yazılı açıqlamasında bildirib ki, "Hörmüz boğazından qanunsuz keçməyə çalışan iki gəmi vurulub".
İran Silahlı Qüvvələrinin müharibəni aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı, ABŞ-ın ölkənin cənubuna hücumlarından sonra Hörmüz boğazını tamamilə bağladığını açıqlayıb.
Bəyanatda Hörmüz boğazının neft tankerləri və kommersiya gəmiləri də daxil olmaqla, bütün növ gəmilər üçün bağlandığı və icazəsiz keçməyə çalışan hər hansı bir gəminin hədəf alınacağı bildirilib.













