ABŞ və Huawei arasındakı gərginlik davam edir.
Eləcə də bax: İndi də İranda parlament seçkiləri - BAŞLAYIR
FED.az "ted"ə istinadən xəbər verir ki, Amerika hökuməti bir daha Çinin Huawei şirkətinə və onun filiallarına ticarət sirlərini oğurlamaq ittihamı irəli sürüb.
Bruklin federal məhkəməsindən bildirilib ki, Huawei və onun Amerikadakı dörd rəsmi və qeyri-rəsmi filialı aldatma və saxtakarlıq yolu ilə amerikan şirkətlərin ticarət sirlərini oğurlamaqda ittiham edilir.
Qeyd edilib ki, oğurlanan məlumatlar kommersiya sirlərini, daşıyıcılar üçün istifadəçi təlimatlarını, mobil antenaların və robot sınaq texnologiyalarının müəllif hüquqları ilə əlaqəli materialları əhatə edir.
Amerikalı prokurorlar, həmçinin Huawei-i Amerikanın sanksiya etdiyi ölkələrdə, o cümlədən İran və Şimali Koreyada fəaliyyət göstərmək və tərəfdaşlıqda ittiham ediblər.
Bununla yanaşı, 2009-cu ildə Huawei-in Tehrandakı hökumət əleyhinə nümayişlər zamanı etirazçılara nəzarət etmək, müəyyənləşdirmək və həbs etmək üçün istifadə edilən nəzarət cihazlarının quraşdırdığını da iddia edilir.
Huawei ABŞ hakimiyyətinin bütün ittihamlarını rədd edib.