Qazaxıstan Prezident Kasım-Jomart Tokayev xalqa müraciət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkədə keçirilən kütləvi etiraz aksiyaları fonunda dövlət başçısı əhaliyə üz tutub: “Hökumət süqut etməyəcək. Soydaşlarımızı tədbirli olmağa, vətəndaşları daxili və xarici təxribatlara uymamağa çağırıram”.
Nümayişçilərin hərəkətlərini tamamilə qanunsuz adlandıran Prezident hazırda konflikt yox, qarşılıqlı etibar və dialoq lazım olduğunu bildirib.
Qeyd edək ki, bir neçə saat əvvəl Tokayev nümayişçilərə müraciət edərək onlardan sabitliyi bərpa etməyi xahiş etmişdi. Bildirmişdi ki, etirazçıların sosial-istisadi xarakterli tələblərinə sabah paytaxtda keçiriləcək toplantıda ayrıca baxılacaq.
Xatırladaq ki, daha əvvəl etirazlarla əlaqədar Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb. Etirazlardan sonra Manqistauda 1 litr maye qazın qiyməti endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.