Xəbər verildiyi kimi, «Veysəloğlu Şirkətlər Qrupu»na daxil olan «OBA» marketlər şəbəkəsinin təşkilatçılığı ilə Bakıda «Azad Xocalı — kiçik əllərdən böyük rəsmlər» adlı sərgi keçirilib.
«Zaman Art Gallery»də təşkil edilən və Xocalı faciəsinin 33 illiyinə həsr edilmiş sərgidə 5-15 yaş arası azyaşlı rəssamların əsərlər nümayiş olunub.
FED.az ümumilikdə 27 kiçik rəssamın 40-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgidə olub, rəsmləri izləyib, sərgi iştirakçıları ilə tanış olub.
Yüzlərlə qonağın qatıldığı sərgidə Xocalıilə bağlı Azərbaycan xalqının yaddaşında olan bütün hisslərin çalarları əks olunurdu. Burada Xocalı faciəsi, ermənilər tərəfindən qətlə yetirilən insanlar, döyüş mənzərələri, şəhidlərimiz, qırılmış insan taleləri ilə yanaşı, şəkillərdə Azad Xocalı, yenidən qurulan və sakinlərin nəfəsi ilə isinən torpaqlar, vətənə qayıdan ailələr təsvir olunurdu. Sərginin əsas qəhrəmanları isə ömürlərində bir dəfə də olsa Xocalını görməsələr də ona qəlbən ruhən bağlanmış, kiçik ürəklərində nisgilli Xocalı yükünü daşıyan, amma indi onun azadlığı ilə fəxr edən balaca rəssamlardır.
11 yaşlı rəssam İlham Xəlilzadə sərgiyə Xocalını təsvir edən, içərisindən gül bitən hərbi ayaqqabı şəkli ilə qatılıb. «Bu bir şəhid əsgərin şəhidin ayaqqabısıdır, onun torpağından Xarıbülbül bitir». Xocalının azad olması kiçik rəssamı fərəhləndirib: «Belə şəkli çəkməyi özümə borc bildim, hər şəkli çəkəndə, hər boyanı atanda sanki vətən üçün canını vermiş bir şəhidi, onun çəkdiyi əzabı canlandırırdım».
Xocalını hələ görməyən İlham, yaxın vaxtda ora getməyi arzulayır. Xocalının azad edilib yenidən qurulması ilə fəxr edir.
Sərgidəki rəssamlardan biri 10 yaşlı şəhid qızı Nəzrin İsmayılzadədir. Onun atası polis mayoru Ramiz İsmayılov, Şuşa uğrunda döyüşlərdə şəhid olub.
Nəzrin Xocalını şəhid atasının üzündəki sevincdən, döyüş günlərində Qarabağdan göndərdiyi şəkillərdən, video zənglərindən görüb sevib.
Göndərdiyi videolarda Qarabağı göstərən ata, ailəsinə «buralar çox gözəldi, yay tətilində sizi bura gəzməyə gətirəcəm, ən çox da Laçına» deyirmiş, amma bir neçə gün sonra Şuşada şəhid olub. O vaxtdan 4 il keçib, Xocalıdan uzaqda olsa da, bu müqəddəs məkana atasının gözü ilə bıxır.
Görünür ona görə, Nəzrin, sərgiyə Xocalıya həsr olunmuş rəsmlə yanaşı, xəyalındakı xoşbəxtlik tablosu, içərisində mehriban insanlar yaşayan, inanılmaz dərəcədə doğma, nağıllardakı sehrli xoşbəxtlik faytonunu xatırladan boranı ev şəkli ilə qatılıb.
«Bəs boranı ev niyə?» sualına uzaqlara baxaraq «bilmirəm, bu payızın şəklidir» cavabını verir.
Anası Mehriyyə İsmayılova deyir ki, Nəzrinin rəssamlığa həvəsini körpəlikdən hiss ediblər. Hələ bağça illərində tərbiyəçilər Nəzrinin istidadı olduğunu qeyd edərək onun rəssamlığa getməyində təkid ediblər.
Xocalıda heç vaxt olmasa da, buranı xatırlamaq Mehriyyə xanımın yarasının közünü qoparır: «Mən Xocalı adı gələndə yalnız şəhidlərin qanını görürəm»
İndi bu əzmkar ailə üçün yeganə təsəlli Xocalının azad edilməsi, bərpası üçün görülən işlərdir. Mehriyə xanım bu sərgidən çox razı qalıb. «Sərgilər uşaqları inkişaf etdirir, istedadını üzə çıxarır, qoy davamlı olsun», deyir.
Amma növbəti sərgidə qəmgin mövzuların olmasını istəmir: «Ancaq ölkəmizin xoş günləri və insnaları, Qarabağın inkişafına həsr olunmuş şəkillər görmək istəyirik».
Sərgidəki növbəti təsirli əsərin müəllifi 11 yaşlı Gülbahar Tağıyeva tanklar, yanan evlər olan faciə şəkli ilə qatılıb.
Kiçik rəssam Xocalını insanların ölümü ilə xatırlayır. Xocalıya həsr olunmuş sərgidə insanların çəkdiyi ağra-acını, yaşadıqları kədəri əks etdirməyə çalışıb.
Gülbahar Tağıyevaın anası Məlahət Tağıyeva bildirir ki, qızının 5-6 yaşından rəssamlığa həvəsi vardı. Artıq bir ildir ki, rəssamlıq məktəbinə gedir.
«Mən özüm Xocalını görməmişəm, oranı yaşıl meşəli, münbit torpaqlı, gözəl bir yer kimi təsəvvür edirəm. İnşallah bundan sonra gedib çiçəklənmiş dövrünü görəcəyik».
M.Tağıyeva da belə sərgilərin çox olmasını istəyir: «Uşaqların inkişafı üçün çox yaxşıdır, azad olunmuş torpaqların inkişafını, insanların sevincini əks etdirsinlər».
10 yaşlı balaca rəssam Kövsər Həsənova sərgiyə qatılanların ürəyini parçalayır, o sərgiyə Azərbaycan üçün müqəddəs yer - Xudafərin körpüsünın şəkli ilə qatılıb.
5 yaşından rəsm çəkməklə maraqlanan Kövsər şəkillərə və internetdəki videolara baxaraq istedadını cilalayıb. Bu il isə imtahanda 2 saylı Bülbül aına məktəbə qəbul olunub. Bu sərgi onun əl işini göstərdiyi ilk tədbirdir.
Xudafərin körpüsü indiyə kimi, Kövsərin şəkillərindəki kimi gözəl olmamışdı. Yaşıllıq, güllər, lalələr, sanki ölməz Şəhriyarın «Heydərbabaya salam» şerindəki ayrılıq nisgilini əritməyə çalışmışdı kiçik rəssam. «Mən bu şəkli çəkəndə sevinc hiss elədim»-deyə bəlkə də hansı həssas mövzuya toxunduğunun fərqininə varmayan balaca rəssam vəcdlə bildirir.
Xocalıdan danışanda üzünə duman çökür: «Kədərlidir, Xocalıda olmamışam, amma bilirəm ki, orda savaşlar gedib, şəhidlərimiz ölüb, çox pisdir».
Kövsərin anası Məftunə Cəfərova da gözünü şəkildən çəkmir: «Körpü, yol - insanların həyatında ilk başlanğıcdır, gözəl addımların atılmasıdır» – deyə şəkli izah edir.
Torpaqların azal olunması ilə Xudafərin körpüsü də gülə-çiçəyə bürünüb: «Bu torpaqların azad olmasını, şəhidlərin ruhunun şad olmasını göstərir. Ölkə rəhbəri İlham Əliyevin qətiyyəti, şəhid və qazilərimizin qanı-canı bahasına bu torpaqlar azad edilib, çiçəklənməyə başlayıb». Xocalı mənim xatirəlrimdə müuharibə şəraiti, insanların faciələri, dəhşətləri ildə xatırlayıram.
Əsər müəllifləri və onların valideynləri azad olunanan sonra həmin torpaqlara gedib, o torpaların necə gözəlləşməsini, insanların burada necə şad xürrəm yaşamasını görmək istəyirlər.
«Azad Xocalı — kiçik əllərdən böyük rəsmlər» sərgisi, fərqli, amma eyni ürəkli insnaları bir yerə toplayıb, sərgidəki doğmalıq və səmimilik mühiti insanı heyran edirdi.
Sərginin təşkilatçılarından olan tanınmış rəssas Aynur Sakitqızı qeyd edir ki, bu «Veysəloğlu Şirkətlər Qrupu» və «Oba marketlər şəbəkəsi»nin birgə layihəsidir.
A.Sakitqızı bildirir ki, kiçik rəssamlar Xocalının iki dövrünü tərənnüm ediblər - azadlıqdan öncə, yəni Xocalı soyqırımı və işğal dövrü, eləcə də Xocalı azad olunandan sonrakı gül çiçəkli, gözəl, azad dövrünü.
Bu sərginin keçirilməsinin əsas məqsədi ilk olaraq Xocalı soyqırımında Azərbaycanda yaşanan əzab, istirablar, sonra isə Ali Baş komandan İlham Əliyevin qətiyyəti və ordumuzun gücü ilə azad olunan Azərbaycan, Azad Xocalını təsvir etmək idi: «Yəni 30 il ərzində bizim yaşadıqlarımız və 30 ildən sonra yaşanılan o azad, çiçəkli Azərbaycan». Belə layihələr gələcəkdə də davam edəcək.