Türkiyə banklarının 463 378 müştərisinin bank kartları hakerlər tərəfindən satışa çıxarılıb.
Eləcə də bax: Türkdilli sahibkarlar üçün ortaq - BİZNES PORTALI YARADILIB
FED.az "TED.az"a istinadən xəbər verir ki, bu barədə “Group-İB” şirkətinin saytı məlumat yayıb.
Kredit kartların rəqəmsal qara bazarında Türkiyə vətəndaşların kredit kartları satışa çıxarılıb. Məlumata əsasən, “Jokers Stash” adlı karder resursunda Türkiyə banklarının kredit kartları müxtəlif qiymətlərdə mövcuddur.
“Group-IB” analitiklərinin fikrincə, bu cür məlumatlar müxtəlif yollarla sızdırılmış ola bilər:
- istifadəçilərin özləri tərəfindən fişinq səhifələrinə məlumat daxil etməklə;
- zərərli proqramlar tərəfindən işlədilən brauzerlərlər və veb-skimmerlərdən hack edilmiş onlayn mağazalar vasitəsilə.