Fars körfəzində hansısa adanın ABŞ tərəfindən ilhaqına dair ssenarilər gündəmdir.
FED.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan canlı yayımda deyib.
"Münaqişə uzanacağı təqdirdə ABŞ-nin Fars körfəzində İrana aid hansısa adaya qoşun yeritməsi barədə versiyalar gündəmdir",- Türkiyənin XİN başçısı bildirib və əlavə edib ki, İran Hörmüz boğazını bloklamaqla strateji üstünlük əldə edib.
Onun sözlərinə görə, buna cavab olaraq ABŞ-nin də İranın neft-qaz ixrac edən hansısa adasını tutması strateji həmlə ola bilər:
"Müharibə aparan tərəflər bunu təzyiq metodu və əlini güclü tutmaq üçün edirlər. Məhz buna görə, Türkiyə tərəflər arasında atəşkəsin əldə olunmasına çalışır".











