Digər

Hadi Rəcəbli Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə - AYDINLIQ GƏTİRİB

Hadi Rəcəbli Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə - AYDINLIQ GƏTİRİB | FED.az
15:24 14 Okt 2019

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərin düzgün anlaşılmadığını bildirib.

FED.az xəbər verir ki, H.Rəcəbli “Report”a açıqlamasında deyib ki, çıxışı mətbuatda yanlış təfsir edilib.

Eləcə də bax: “Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda - DSMF-YƏ VƏSAİTLƏR ÖDƏMƏLİDİRLƏR”

“İclasda passiv sosial müdafiə ilə bağlı Prezident İlham Əliyevin Azərbaycanda atdığı addımlardan danışdıq. Bilirsiniz ki, dövlətlər arasında ikitərəfli sazişlər imzalanır. Həmin sazişlərdən biri ilə bağlı danışdım. Rusiyada çalışan vətəndaş orada müvafiq quruma sığorta haqqı ödəyir. Həmin şəxs qeydiyyatdan çıxaraq Azərbaycana gəldikdə, onun Rusiyada ödədiyi sığorta haqqı ölkəmizdə hesablanmır. İkitərəfli sazişdə də qeyd olunub ki, Rusiyadakı sığorta fondu vətəndaşın ödədiyi vəsaiti Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna köçürsün. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də çıxışlarında bu məsələyə toxundular, bunun həlli istiqamətində addımların atıldığını qeyd etdilər. Yazırlar ki, Hadı Rəcəbli dedi ki, Rusiyada işləyən vətəndaş sığorta haqqını Azərbaycana ödəsin... Axı belə deməmişəm. Bu, mətbuatda çaşqınlıq yaradıb, düzgün deyil. Hadı Rəcəbli illərdir ki, bu cür ağır işlərlə məşğuldur. Mən belə işlərdə daha çox kömək edən insanam” – H.Rəcəbli qeyd edib.

Digər xəbərlər