Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib.
FED.az xəbər verir ki, Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək.
Eləcə də bax: Hacıbala Abutalıbov vəzifədən azad olunub - SƏRƏNCAM
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo