Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.
FED.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.
G.Qaxaria 2016-2017-ci illərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində işləyib. Bundan öncə o, iqtisadi şuraya rəhbərlik edib və biznes ombudsmanı olub.
G.Qaxaria 2017-ci ilin noyabrın 13-dən Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub. O, həmçinin Milli Təhlükəsizlik Şurasının katibidir.
Report.az