Banner

Digər

Gürcüstanda vətəndaşlıq almaq çətinləşir - YENİ QAYDA - MƏBLƏĞLƏR

Gürcüstanda vətəndaşlıq almaq çətinləşir - YENİ QAYDA - MƏBLƏĞLƏR | FED.az
10:59 15 İyun 2019
Gürcüstanda vətəndaşlıq almaq qaydaları dəyişib. FED.az xəbər verir ki, yeni qaydalara görə, artıq Gürcüstanda daşınmaz əmlak vasitəsi ilə vətəndaşlıq almaq qaydaları növbəti aydan daha baha olacaq. Belə ki, artıq Gürcüstanda ev almaqla vətəndaşlıq əldə edənlər bundan sonra ən azı 100 min dollar dəyərində ev almalı olacaqlar. Halbu ki, əvvəl bu məbləğ 35 min dollar idi.

Eləcə də bax: Avropada əmlakı ipoteka ilə də almaq olar - ÖLKƏLƏR VƏ ŞƏRTLƏR


Yaşamaq icazəsi almaq üçün iqtisadiyyata edilən zəruri investisiyaların həcmi isə 100 min dollardan 300 min dollara qədər artırılacaqdır. Bundan əlavə,Gürcüstanda yaşamaq icazəsi almaq istəyən investor beş il ərzində aktiv  fəaliyyət göstərməlidir. Belə ki, fəaliyyətinin birinci ilində investorun dövriyyəsi ən azı 50,000 dollar, ikincidə - 100,000 dollar, üçüncü ilində isə 120 min dollar olmalıdır.

"Əmək" yaşayış icazəsi almaq üçün, xarici mütəxəssislə müqavilədə göstərilən əmək haqqı rəsmi yaşayış səviyyəsindən beş dəfə çox olmalıdır. İşəgötürənin illik dövriyyəsi tibb və təhsil müəssisələri üçün ən azı 12.800 dollar, hər bir xarici mütəxəssisə görə müəssisənin qalan hissəsi üçün 18.280 dollar olmalıdır.

Yeni qaydalar bu ilin 5 iyul tarixindən qüvvəyə minəcək

Digər xəbərlər

Banner