Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2206 seçki məntəqəsində səslərin hesablanmasından sonra ilkin nəticələri açıqlayıb.
FED.az xəbər verir ki, MSK-nın məlumatına görə, səslərin 70%-i sayıldıqdan sonra hakim “Gürcü Arzusu” partiyası parlament seçkilərində 53% səs toplayıb.
MSK bildirir ki, seçkilərdə 3,5 milyon seçicidən 3,1 milyon nəfər iştirak edib. Bunlardan hakim partiyaya 935 min seçici səs verib və ilkin məlumatlara görə, hakim partiya parlamentdə 150 deputat yerindən 90-91-ni qazanıb.
Müxalifət partiyalarının səsi xeyli azdır. Belə ki, ən çox səs toplayan müxalifət koalisiyası “Dəyişiklik üçün Koalisiya” 11,2% səs toplayıb (197,6 min səs yığıb). Ondan başqa, parlamentə əlavə 3 müxalifət partiyası daxil olub. Bunlar ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %-dir. Digər partiyalar parlamentdə yer almaq üçün 5 %-lik baryeri keçə bilməyiblər.