Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 31-də keçirilən parlament seçkilərinin ilkin rəsmi nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 3847 məntəqədən 2252-də səslər hesablanıb.
Bu hesablamalara görə hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" Partiyası 49,32 faiz, "Vahid Milli Hərəkat" Partiyası 25,94 faiz, "Avropalı Gürcüstan" Partiyası 3,77 faiz səs əldə edib.
Digər müxalifət partiyaları - “Vətənpərvərlər Alyansı” 3,26 faiz, “Lelo” partiyası 3,16 faiz, “Aqmaşenebeli strategiyası” 3,1 faiz, “Qirçi” 2,87 faiz, “Vətəndaş – Eliko Elisaşvili” 1,34 faiz, Leyboristlər partiyası isə 1,03 səs qazanıblar.
MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ən azı 5 dairədə ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.
Qeyd edək ki, Gürcüsğtandakı parlament seçkilərində 150 deputat seçilməlidir. Onlardan 120-si partiya siyahıları ilə, 30-u isə majoritar dairələrdə seçiləcək. Seçkilərdə deputat yeri uğrunda 48 partiya və 2 siyasi blok mübarizə aparır.
Parlament seçkilərində 30%-ə yaxın səs toplayan «Vahid Milli Hərakat» partiyası keçmiş prezident Mixail Saakaşvilinin partiyasıdır. Bununla yanaşı, Saakaşvili bildirib ki, baş nazir postuna namizədliyini vermək fikrində deyil. «Məni heç bir vəzifə, o cümlədən Gürcüstanın baş naziri vəzifəsi maraqlandırmır, amma harada olacağımı yaxın günlərdə açıqlayacam»-deyib Saakaşvili.