Gürcüstanda onlayn kazinolar üçün vergilər artırılacaq və reklamı qadağan ediləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
Eləcə də bax: Kazinolar onlayn və "Whatsapp"la – İŞLƏMƏYƏ BAŞLAYIBLAR
Onun sözlərinə görə, onlayn kazinolardan istifadə edənlər üçün yaş həddi 18-dən 25-dək artırılacaq: “Onlayn kazinolar vasitəsilə ölkədən bir milyard 500 milyon lari çıxarılır. Bizim vətəndaşlar, gənclər hər gün bu oyunlarda oynayırlar və uduzurlar. Həmin şəxslərin 99 %-ni maddi imkanı olmayanlar təşkil edir”.
Hökumət başçısı deyib ki, növbəti mərhələdə ölkədə onlayn kazinoların tam qadağan edilməsi planlaşdırılır.