Gürcüstanın Tbilisi, Kutaisi və Rustavi şəhərlərində məktəblərdə tədris prosesi fevralın 15-dən ənənəvi formada bərpa olunacaq.
Eləcə də bax: Gürcüstan Milli Bankı: Turizm bərpa olunmasa, iqtisadi artım 1% olacaq
FED.az xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxariya bildirib.
O deyib ki, həmin tarixdən etibarən Gürcüstan üzrə bütün şagirdlər təhsillərini sinif otaqlarında davam etdirəcəklər.
G.Qaxariya həmçinin qeyd edib ki, fevralın 15-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə veriləcək. (Report)