Tbilisidə Gürcüstan hökumət binası qarşısında etiraz aksiyası keçirilir.
FED.az məlumat verir ki, “Report”un yerli bürosu xəbər verir ki, aksiyada ictimai fəallar və müxalifət partiyalarının liderləri iştirak edirlər.
Eləcə də bax: Tbilisidə etirazçılar Gürcüstan parlamentinə girişləri - BAĞLAYIBLAR
Aksiyada hakim Gürcü Arzusu Partiyasının qərarına əsasən, 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz bildirilir.
Etirazçılar hökumətin istefasını da tələb edirlər.
Etirazçılar Gürcüstanın hökumət binasının dəmir darvazalarına bir neçə qıfıl asıblar.
Təşkilatçılar bu cür etiraz aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər.
Aksiya təşkilatçılarının sözlərinə görə, bütün dövlət qurumlarının giriş qapılarına qıfıllar bağlanacaq.