Gürcüstanda illik inflyasiya 4,6% təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İyul ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,02% azalıb. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,4%-ə bərabər olub. İllik müqayisədə qiymətlərdə 3,9% artım qeydə alınıb.
Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,2%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 4,3%, süd, pendir və yumurtanın qiyməti 3,1%, balığın qiyməti 1,9%, ətin qiyməti isə 1,0% artıb.
Tərəvəzlərin qiyməti 8,1%, meyvə və üzümün qiyməti isə 2% ucuzlaşıb.
İllik inflyasiyaya gəlincə, qonşu ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,9%, alkoqollu içkilər və tütünün qiyməti 13,7%, nəqliyyat xərcləri 3,9%, istirahət xərcləri 5,6%, səhiyyə xərcləri isə3,5% artıb.