Banner

Digər

Gürcüstanda çörəyin qiyməti - ÜÇQAT BAHALAŞIB

Gürcüstanda çörəyin qiyməti - ÜÇQAT BAHALAŞIB | FED.az
19:42 10 Dek 2018

Gürcüstanda son iki gündə çörəyin və digər un məmulatlarının qiymətinin 10 tetridən 30 tetriyədək (4 sentdən 14 sentə qədər) bahalaşması ölkədə ciddi narahatçılıq yaradıb. Hökumət isə məsələdən xəbərsizdir.

FED.az xəbər verir ki, hökumət dəftərxanasından bildiriblər ki, Baş nazir Mamuka Baxtadze ölkədə çörəyin qiymətinin artırılmasını kəskin tənqid edib.

Çörəyin qiymətinin artımının qeyri-sağlam rəqabətlə əlaqəli olduğunu bildirib.

Hökumət başçısı məsələyə aydınlıq gətirərək deyib: “Gürcüstanda azad, açıq bazar iqtisadiyyatı var.

Amma bu, heç kimə qeyri-sağlam mühit yaratmağa, rəqabət adı altında qiymət artımına yol verə bilməz. Hökumət də buna imkan verməyəcək”. M.Baxtadze əlaqədar qurumlara və vəzifəli şəxslərə məsələni dərhal araşdırmağı və təxirəsalınmaz tədbirlər görməyi tapşırıb (azertag.az).

 

Digər xəbərlər

Banner