Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərini tanımaqdan imtina edib.
Gürcüstanda seçkilərin eksitpol nəticələri açıqlandı - PARTİYALAR, SƏSLƏR
FED.az xəbər verir ki, o, həmçinin parlament seçkilərində total saxtakarlıq olduğunu bildirib.
"Bu gün burada ölkədə qalan yeganə müstəqil institut kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram. Çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, saxtakarlıq, səslərinizin tamamilə oğurlanması idi", - dövlət başçısı vurğulayıb.
Zurabişvili vətəndaşları oktyabrın 28-də dinc etiraz aksiyasına çağırıb. (Apa)