Bu ilin sonunadək Gürcüstanın dövlət avtomobil parklarındakı xidməti maşınların sayı 1000 ədəd azaldılacaq.
FED.az xəbər ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Mamuka Baxtadze deyib.
Baş nazir bildirib ki, eyni zamanda, xidməti avtomobillərdən istifadə edəcək məmurların da siyahısında dəyişikliklər ediləcək və onların da sayı azaldılacaq.
Xidməti avtomobillərin sayının azaldılması büdcə xərclərinin qənaətinə səbəb olacaq.
İxtisara düşən xidməti avtomobillər satılmaq üçün Maliyyə Nazirliyinə veriləcək. Satışdan əldə olunacaq gəlirlər hesabına təbiəti mühafizə xidməti və patrullar üçün xüsusi texniki avadanlıq alınacaq.