İyulun 23-də axşam saatlarında İstanbul şəhərinin Avropa hissəsinin qərb bölgəsinə yağan güclü yağış və dolu böyük fəsadlar yaradıb. Küçə və meydanları sel basıb.
FED.az xəbər verir ki, yaxış əsasən Silivri, Çatalca və Büyükçekmecə rayonlarını əhatə edib.
Əvvəlcədən metroloqların güclü yağış və sel barədə xəbərdarlığı insanların nisbətən ehtiyatlı olmasını təmin edib. Buna baxmayaraq, yağışı açıq havada qarşılayan insanlar böyük çətinliklərlə qarşılaşıb. Yolları su basdığından avtomobillərin hərəkəti çətinləşib. İctimai nəqliyyatın normal hərəkəti pozulub.