Təcrübəli mühəndis və Google şirkətinin pilotsuz avtomobil layihəsinin baş əməkdaşı Kris Armson avtonom avtomobil işi istiqamətində olan fikir ayrılıqlarından sonra böyük texniki şirkəti tərk etdi.
Google artıq uzun illər idi ki, avtonom avtomobillərin üzərində işləyirdi və deyilənə görə, Apple avtomobillərindən fərqli olaraq, Google’un qlobal teniki elektrostansiyası hələ də fəaliyyət göstərir. Onların veb-saytı, reklam çarxları və ən önəmlisi görünüşcə nəfis dizaynları var. Google hansı yeniliyə əlini uzatsa, bütün dünya bu prossesi diqqətlə izləməyə başlayır və istənilən avtomobil sənayesi ilə maraqlanan insan Google’un son illərdəki avtomobil istehsalı tarixini izləməyə başlayır.
Google Car və qanun.
Google’un özüşütüyən avtomobilinin təbii ki, müsbət və mənfi cəhətləri var. Buna baxmayaraq, inkişafın hər mərhələsi bütün dünyadakı texnofillər üçün həyəcan dalğasına çevrilir. Amerikanın nəqliyyatın təhlükəsizliyi üzrə milli idarəçiliyi bu ilin əvvəlində Google şirkətinə ünvanladığı məktubunda “süni intellekt”i federal qanunlara uyğun olaraq, əsaslı şəkildə sürücü kimi təsdiqlədi. Sürücüsüz avtomobillə əlaqədar işləyən Google və digər şirkətlər üçün bu, çox əhəmiyyətli qərar idi.
Google avtomobilində sükan varmı?
İndiki halda ABŞ qanunvericiliyi ictimai yollarda özüşütüyən avtomobillərin sınağına icazə verir. Lakin o şərtlə ki, avtomobilin sükanı var və qəza yaranacağı təqdirdə müdaxilə üçün sürücü də avtomobilin içindədirsə. Hazırda Google Car’ın kiçik prototipləri Kaliforniya və bir sıra Amerika ştatlarında sınaqdan keçirilir. Google, həmin avtomobillərin, qanunlara riayət edilməsi məqsədilə sükan və pedallarla təchiz olunduğunu təsdiqləyib. Bəzi mütəxəssislərin rəylərinə görə, Google Car yaxın vaxt ərzində avtonom bir şirkətə çevrilməyi planlaşdırır.
Google avtomobilləri – avtonom sürücülük texnologiyası üçün sınaq stendidir.
Google, gələcək onilliklərdə dünyanın bütün yollarında şütüyəcək milyardlarla “özügedən”avtomobilin istifadəsinə şərait yaradacaq süni intellektin inkişaf etdirilməsi üzərində çalışır. Bu məqsədlə Google və Fiat Chrysler Automobiles 2016-cı ilin mayında, 100 özüşütüyən MPVs istehsalı üçün birgə müəssisənin yaradıldığını rəsmi olaraq açıqladı. Onu da qeyd edək ki, elektron avtomobil nəhəngləri olan Bosh və Delphi, eləcə də texnologiya şirkətləri olan Apple və Uber Google-un rəqibləri sırasındadır. Bu siyahıya avtomobil istehsalçıları olan Audi, BMW, Honda, Mercedes-Benz, Nissan, Peugeot, Toyota və Volvo da daxildir.
Biz indiyə kimi Google Car layihəsi haqqında aşağıdakıları bilirik:
- Buraxılış ilk dəfə 2009-cu ildə ilk nəsil Toyota Prius avtomobillərində Google texnologiyalarından istifadə etməklə olub.
- Pilotsuz Google texnologiyası - aktiv optik sistemlər vasitəsilə uzaqdan obyektlər haqda informasiyanın alınması və əks etdirilməsi, şəffaf və yarımşəffaf mühitdə işığın əks etdirilməsi texnologiyalarından istifadə edən LiDAR sistemi ətrafında bazalaşdırılıb.
- Sistem həmçinin radar, kamera və GPS ilə təchiz olunub.
- Heyrətləndirici çətin alqoritmlər digər avtomobillərin, velosipedlərin hərəkəti, piyadalar, hətta sahibsiz itlər haqda məlumat verilməsini təmin edir.
- Gözlənildiyi kimi, Google xəritəsi və tıxac haqqında məlumat Google avtomobilinin rahat hərəkət etməsi üçün istifadə olunur.
- 2014-cü ildə sınaq üçün təklif olunmuş Google Car’ın son prototipləri sürət həddi saatda 25 mil olan, tamamilə elektronlaşdırılmış 100 mil diapozonlu və şəhər yollarında istifadə üçün yaradılmışdır.
- Avtonom texnologiyanın geniş kütləni əhatə edəcəyi zaman 2020-ci il üçün nəzərdə tutulub. Amma o vaxta qədər özüşütüyən avtomobillərin, yararlı olsa belə, tam leqallaşdırılacağı gözlənilmir.