Digər

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər - AŞKARLANIB

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər - AŞKARLANIB | FED.az
13:47 8 Okt 2019

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedez Benz Viano" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Fed.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Eləcə də bax: Vergilər təhlükəli araq sexi tapıblar - AÇIQLAMA

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda qapı örtüyünün iç hissəsindən üzərində "Çistıe Rosı" yazılan 11 ədəd 700 ml-lik spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər