Cannaccord Genuity şirkətinin apardığı araşdırmaya əsasən Apple и Samsung smartfonların satışından əhəmiyyətli dərəcədə nəzərəçarpan gəlir əldə edən yeganə istehsalçılardır. Bu barədə TheNextWeb məlumat verir. Buna görə də Apple və Samsung şirkətləri smartfonların satışından gəlir qazanan yeganə smartfon istehsalçıları adlandırılmışlar.
Mütəxəssislərin hesablamalarına görə Apple öz smartfon bölməsindən 38% marja əldə edir. Halbuki Samsung şirkətinin marjası 17% təşkil edir. Reytinqin üçüncü yerində isə 2% marja ilə çin istehsalçısı TCL şirkəti yer alır.
Tədqiqatçıların hesabatlarında yer alan bütün digər şirkətlər isə 2016-cı ilin 2-ci rübündə smartfon istehsalı və satışından pullar itirmişlər. Antireytinqin liderləri sırasında 22% itki ilə Microsoft və HTC istehsalçıları yer alır. Onların ardınca 10% və 5% itki ilə müvafiq olaraq Lenovo və LG şirkətləri yer tutur. Blackberry şirkəti smartfonların istehsalı və satışından 3% itirir. Sony şirkəti isə sıfır faizə çıxa bilmişdir.
Mənbə: life.ru ©