2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat məbləğində proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
Eləcə də bax: Azərbaycanda - BÜDCƏ QAYDASI DƏYİŞİR
Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur.
Gələn il büdcə xərcləri isə 26 913,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6,8% çoxdur.
Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, illik müqayisədə 37,4% azdır.
Report