Bir qayda olara, istənilən təyyarə sərnişini təyyarədə əl-ayaqlarını uzatmaq üçün daha rahat və daha geniş şəxsi kreslosunun olmasını istərdi. Bu baxımdan, aviakonstruktorlar xüsusilə də uzaq məsafələrə uçan sərnişinlər üçün yüksək komfort səviyyəsinin yaradılması üzərində çalışırlar.
Aviainterteynmentin (aviaəyləncənin) yenilikləri ilə sizinlə bölüşmək istərdik. Bu yeniliklər AdMe.ru saytı tərəfindən araşdırılmış və həmin yeniliklərin çoxu artıq istifadə olunur, çoxusu isə bizə fantastika kimi görünə bilər.
Şəxsi əyləncə mərkəzi
Aviaşirkətlərin çoxusu öz sərnişinlərinə facebook vasitəsilə məlumatlar və yeniliklər barədə ismarıclar göndərir. Bəziləri isə qabaqcıl tendensiyalardan istifadə edib internet çıxışı tələb etməyən qurulmuş şəxsi əyləncə mərkəzlərini tətbiq edir və təyyarənin içindəki lokal şəbəkədə istənilən qadjet və ya cihaz buna uyğun işləyir.
Daha böyük auditoriyanı əhatə etmək
Holland şirkəti AirFi qısa aviauçuşlar həyata keçirən loukosterləri xüsusi daxili naqilsiz sistemlə təchiz edir. Sistem qabaqcadan hazırlanmış məzmunu birbaşa sərnişinlərin qurğularına yükləyir. Bu, sizin filmlər seçə biləcəyiniz, yemək sifarişi verə biləcəyiniz və duty free alışları həyata keçirə biləcəyiniz göyərtə jurnalıdır.
İnternet əvəzinə virtual reallıq
Uçuşlar zamanı sərnişinlər adətən Netflix və ya Amazon kimi əyləncə portallarından istifadə edirlər. Bir çox aviaşirkətlər bunun qarşısını almaq istəyir, lakin hələ də bunun əvəzində maraqlı heç bir şey təklif etməyiblər. Transavia —Air France loukoteri/KLM və avstraliyalı şirkət Qantas kimi nəhəng şirkətlər hələ də uçuş zamanı ənənəvi əyləncə vasitələrinin alternativi qismində virtual reallıq texnologiyalarından istifadəni sınaqdan keçirməyə davam edirlər.
VR-texnologiyalı superraht kreslo
Rahat kresloda əyləşib rahatlıq və əyləncə yeniliklərinin bütün xırdalıqlarından təyyarə göyərtəsində zövq almaq çox gözəl bir hissdir. Sərnişinlərin hər birinin arzusu olan belə bir kreslo artıq realdır. Ələlxüsus, Qantas şirkəti xüsusi eynəklərdən istifadə edərək virtual reallığı qurmaq üçün müvafiq cihazlarla təchiz edilmiş bütöv bir kompleks yaratmışdır. Bu tipli uçuş rejimi o cümlədən uçmaqdan qorxan insanlara rahat və həyəcansız uçmalarına da kömək edəcəkdir. Bu möcüzəvi texnologiyanı artıq bəzi reyslərdə uçan birinci sinif sərnişinləri sınaqdan keçirə bilər.
Kinoteatrdakına bənzər oturacaqlar
İtalyan şirkəti Aviointeriors sərnişin olmadıqda öz-özünə avtomatik yığılan xüsusi oturacaqları buraxmaq niyyətindədir. Ekonom sinif üçün nəzərdə tutulan bu oturacaqlar aviasalonda rahat hərəkət etməyə kömək edəcək və bu prosesi yüngülləşdirəcəkdir. Çünki belə oturacaqlar adi oturacaqlarla müqayisədə daha nazik olacaq və kinoteatrdakı kreslolara analoji olaraq quraşdırılacaqdır. Bu kreslolarda oturub uçuş zamanı filmə baxan sərnişinlərdə belə bir təəssürat yaranacaqdır ki, sanki onlar heç də təyyarədə planetin yarısını uçmur, əksinə kinoteatrda oturub kinoya baxırlar.
Barama tipli yataq kabinləri
Əsas yeniliklərdən biri Factory Design şirkətinin əsas innovasiyası olan “Air Lair”, oturacaqlar əvəzinə barama tipli yataq kabinləri konsepsiyası olacaqdır. Tənzimlənən işıq, səs və temperaturdan ibarət premium sinifli bu futuristik kabinlərdə sərnişinlər rahatlıqla yerləşə bilərlər. Bu lyuks tipli “çarpayı yerləri” baqaj şöbəsində və saxlama kamerası ilə füzelyaj arasındakı sahədə meydana gələcəkdir. Belə cəsarətli həllər konstruksiyanı və təyyarə interyerini təkmilləşdirir, lakin nəzərəçarpan şəkildə çox investisiya tələb edir. Buna görə də onların tətbiqi sadəcə bir neçə aviaşirkət tərəfindən reallaşdırılacaqdır
Habelə, gün gələcək və bütün yuxarıda sadalanan ixtira və yeniliklər istənilən sinifdən olan sərnişinlər üçün əlçatan olacaqdır. Məhz o zaman uçuşlar sərnişinlərə daha macəralı, daha rahat və əyləncəli görünəcək və onları artıq başağrıdan və saat zolağının dəyişməsi diskomfortundan azad edəcəkdir.
Mənbə: www.adme.ru
Gələcəyin təyyarələri daxildən nəyə bənzəyəcəkdir?
17:16
8 Avq 2016