Bu gün Yaponiyanın Osaka şəhərində G20 Liderlər Sammiti başlayıb.
FED.az xəbər verir ki, G20 qlobal iqtisadi əməkdaşlığın əsas platformasıdır.
G20-da aparılan danışıqlarda veriləcək qərarlar ölkələr tərəfindən yaxından təqib edilir. Həmçinin, dünya liderlərinin keçirəcəyi ikitərəfli görüşlər diqqət mərkəzində olacaqdır.
ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət başçısı Si Cinpingin reallaşdırması gözlənilən görüşün isə, iki ölkə arasında gedən ticarət müharibələrində konstruktiv addımın atılmasına səbəb ola biləcəyi qeyd edilir.