Türkiyədə baş vermiş zəlzələdən sonra 1 milyondan artıq insan müvəqqəti sığınacaqlarda məskunlaşdırılıb.
FED.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib. Bölgədən zəlzələdən zərərçəkənlərin təxliyyə prosesi ilə bağlı məlumat verən vitse-prezident həmçinin qeyd edib ki ərazidə evakuasiya mərkəzləri yaradılıb: "Fəlakətdən zərər çəkənlərin oraya müraciət etməsi kifayətdir. Onlara yönlədirilmələr ediləcək və daşımlara pulsuz olacaq. Qalmağa yeri olmasa belə, sığınacaq mərkəzlərində təmin edəcəyik”.
Fuat Oktay 190 min insanın bölgədən kənara təxliyə edildiyini, bu insanların 100 mininin yaxınlarının yanına, 90 min nəfərinin isə müvəqqəti sığınacaqlara yerləşdirildiyini bildirib.
O, dağıntıların aradan qaldırılması üçün texnikanın kifayət qədər olduğunu və bu məsələdə problemin olmadığını söyləyib:
“Artıq sahə tikinti texnikası ilə bağlı problemimiz yoxdur. Hazırda ərazidə 12 mindən artıq tikinti texnikası işləyir. O cümlədən heyət sayı da artmağa davam edir”.
Dağıntılardan qurtarılan və xəstəxanalarda müalicə alanların sayı 80 min nəfərdir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş və bağqa 9 vilayət olmaqla ümumilikdə 10 ərazisində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Həmin zəlzələlər nəticəsində indiyədək həyatını itirənlərin sayı 20 318 nəfərə çatıb.
"Təxminən 1 milyon 50 min insan müvəqqəti yerləşdirmə mərkəzlərində qalır"
11:25
11 Fev 2023